Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Benyamin Netanyahu hökuməti təhlükəsizliyi iki dövlətli həlldə deyil, ekspansionizmdə görür”.
Reyting.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
İsrail-Fələstin münaqişəsindən söz açan H. Fidan deyib ki, İsrail həm özünün, həm də regionun təhlükəsiz olmasını istəyirsə, iki dövlətli həll yolunu qəbul etməlidir.
Türkiyəli nazir müsahibəsində Avropa ölkələrindən də danışıb: “Yaya qədər, ola bilsin, Avropa İttifaqı və ya Avropa ölkələri özlərini NATO-dan kənar başqa bir təhlükəsizlik strukturunda tapmaq istəyə bilərlər”.
E. KAMAL