Hakan Fidan: İsrail regional genişlənməyə son qoymalıdır

26.02.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Netanyahunun Suriya ilə bağlı açıqlamaları onun sülh tərəfdarı olmadığını açıq şəkildə göstərir. İsrail təhlükəsizlik yaratmaq adı altında davam etdirdiyi regional genişlənməyə son qoymalıdır".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, dünya İsrailin hərəkətlərinə qarşı aydın mövqe nümayiş etdirilməlidir.
Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью