Hakan Fidan: İsrailin işğal planı etibarsızdır

29.08.2025

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Böyük Millət Məclisində İsrailin Qəzzaya hücumları ilə bağlı fövqəladə iclas keçirilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda çıxış edən xarici işlər naziri Hakan Fidan İsraillə bütün ticarət əlaqələrinin dayandırıldığını, türk gəmilərinin İsrail limanlarına, İsrail təyyarələrinin isə Türkiyə hava sahəsinə buraxılmadığını bildirib.

Fidan, İsrailin Qəzzada soyqırım törətdiyini vurğulayaraq, "bu hücumlara göz yumulsa, bütün bölgə alova atılar” deyib. O, fələstinlilərin məcburi köçürülməsi planlarına da qəti etiraz etdiklərini açıqlayıb.

Oksana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью