Hakan Fidan Kaya Kallas ilə Ukraynanı müzakirə edib

29.05.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı olub.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün atılan addımlar müzakirə edilib.

Məlumata görə, Fidan Kallasala Rusiyada keçirdiyi görüşlər və Ukrayna səfəri ilə bağlı qiymətləndirmələrini də bölüşüb. 

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью