Hakan Fidan Maltada Ermənistan XİN başçısı ilə söhbətləşdi

05.12.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Maltada Türkiyə xarici işlər naziri Hakan Fidanla söhbətləşib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mirzoyanın Maltada ATƏT XİN Şurasının iclası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə də qısa müddətli görüş keçirdiyi qeyd olunub.

XİN Mirzoyanın Fidan və Blinkenlə təmasları barədə təfərrüatları açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью