Hakan Fidan: Müharibə Türkiyəyə yayılarsa, cavablarını alacaqlar

03.03.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ankaranın müharibənin Türkiyəyə yayılmasının qarşısını almaq gücünə qadirdir.
Ölkə.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri  Hakan  Fidan İran-ABŞ-İsrail müharibəsinin coğrafiyasının genişlənməsi və Türkiyəyə  yayılma ehtimalı ilə bağlı sualı cavblandırarkən deyib.

"Mən İran məsələsindən asılı olmayaraq danışıram. Türkiyə hər zaman özünü müdafiə edəcək. Bizim bunu etmək üçün həm iradəmiz, həm də qabiliyyətimiz var", -Hakan Fidan  bildirib.

İrandan Türkiyəyə yeni bir miqrasiya dalğasının ehtimalı ilə bağlı məsələyə aydınlıq gətirən nazir  Fidan deyib ki, ötən ilin iyun ayından bəri Xarici İşlər Nazirliyinin koordinasiyası altında Daxili İşlər Nazirliyi, AFAD, Qızıl Aypara, Müdafiə Nazirliyi, Milli Kəşfiyyat Təşkilatı və digər  müvafiq  qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstəririk: “Biz hər cür planlar hazırlayırıq.

Xalqımız bu məsələdə arxayın olmalıdır. Bizim lazımi resurslarımız və planlarımız var. 
Hazırda İran öz vətəndaşlarının sərhədi keçməsinə icazə vermir. Buna görə də hazırda İrandan bizə heç kim gəlmir”.

 Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью