Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Məkkə Müdafiə İttifaqı kimi mexanizmlərin səmərəli fəaliyyət göstərməsi və aktivləşdirilməsi vacibdir”.
Moderator.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Regional mexanizmlər daha sabit və balanslı beynəlxalq nizamın qurulmasında həyati əhəmiyyətə malikdir. Amma sabitlik özlüyündə kifayət deyil, ədalətə və legitimliyə əsaslanan, daha əhatəli sistem formalaşdırmalıyıq. Bu baxımdan, müsəlman dünyası olaraq bəşəriyyəti dərindən yaralayan vicdani məsələlərdə birliyə nail olmalıyıq.
Fələstin bizim üçün ən mühüm mənəvi meyardır. Qəzzada törədilən soyqırımına və Qərbi Şəriyədə terrora qarşı çıxdıq. Bu məsələdə geri çəkilməyəcəyik və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması uğrunda sonadək mübarizə aparacağıq.
Əlbəttə, dövlətlərimiz müəyyən məsələlərdə fərqli mövqelərə malik ola bilər, amma cəmiyyətlərimizin çoxsaylı ortaq cəhətləri var. Gələcək nəsillərin liderləri olaraq, indi söz sizindir. Etimadı institusional səviyyədə möhkəmləndirməli və ortaq dəyərləri konkret addımlarla reallaşdırmalısınız. Ortaq məqsədlərimizi irəli aparmaq üçün əlimizdə lazımi zəmin mövcuddur”, - nazir İstanbulda keçirilən “Al Sharq” Forumundan çıxışı zamanı bildirib.