Hakan Fidan: Onlar razılığa gəlməlidir!

02.11.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Atlanta şəhərində keçirilən G20 Xarici İşlər Nazirlərinin Toplantısında iştirak edib.

Turkustan.az xəbər verir ki, görüş çərçivəsində müsahibə verən nazir qlobal böhranlar və regional münaqişələrlə bağlı mühüm bəyanatlar səsləndirib.

Rusiya-Ukrayna müharibəsinə toxunan Fidan tərəfləri sülhə çağırıb: "Bu müharibə təxminən 5 ildir ki, devam edir və artıq davamlı deyil. Buna görə də həm Rusiya, həm də Ukrayna böyük fədakarlıq göstərərək razılığa gəlməlidirlər".

Fidan həmçinin Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə rəsmi namizəd göstərdiyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu haqqında da fikirlərini bölüşüb.

G20 diplomatik platformasını dəyərləndirən nazir vurğulayıb ki, bu toplantı qlobal və regional böhranların həlli istiqamətində hərtərəfli müzakirələrin aparılması üçün vaxtında və səmərəli addım olub.

14-15 dekabr tarixlərində Mayamidə təşkil olunacaq G20 Liderlər Zirvəsinə hazırlıq xarakteri daşıyan bu görüşün əhəmiyyətini qeyd edən Hakan Fidan, səfər çərçivəsində "qlobal böhranlar", "enerji böhranı" və "qlobal təchizat zəncirləri" mövzularına həsr olunmuş sessiyalarda fəal iştirak etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью