Hakan Fidan: Putin müəyyən şərtlər daxilində atəşkəsə hazırdır

30.11.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlər daxilində Ukraynada atəşkəsə razılaşmağa hazırdır.

Bu barədə "Report" "Welt am Sonntag" nəşrinə istinadən xəbər verir.

O, Moskva və Kiyevin sülh sazişinin əldə edilməsinə marağının artdığını qeyd edib. Nazirin sözlərinə görə, müharibə zamanı tərəflər öz imkanlarının sərhədlərini görüblər.

"Anladığımız kimi, cənab Putin də müəyyən şərtlər daxilində atəşkəs və hərtərəfli sülh sazişi ilə razılaşmağa hazırdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью