Hakan Fidan: Putin sülhə hazırdır

30.11.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə xarici işlər naziri Hakan Fidan, Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində atəşkəsə və hərtərəfli sülh razılaşmasına hazır olduğunu bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir bu fikirləri Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsi zamanı səsləndirib.

Hakan Fidanın sözlərinə görə, Rusiya tərəfinin sülh üçün irəli sürdüyü təklif artıq Ukrayna tərəfinə çatdırılıb:

“Biz də prosesdə iştirak edirik. Putin müəyyən şərtlər daxilində atəşkəs və hərtərəfli sülh razılaşmasını qəbul etməyə hazırdır. Bu, Ukrayna tərəfinə çatdırılıb və biz bunun bəzi aspektləri ilə məşğul oluruq”, – deyə Hakan Fidan qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью