Hakan Fidan Qətərə gedir

05.12.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətər Xarici İşlər Nazirliyinin ev sahibliyi edəcəyi 23-cü Doha Forumunda iştirak etmək üçün Qətəri ziyarət edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, nazir 6-7 dekabr tarixlərində 23-cü Doha Forumunda iştirak edəcək.

Hakan Fidan həmçinin forum çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.

Türkiyədə saxlanılanlar arasında “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş və “Qalatasaray”ın oyunçusu Metehan Baltacı da var.

"Operativ Məlumat Mərkəzi-OMM"-in NTV-yə istinadən xəbərinə görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətə “Futbol mərc oyunları araşdırması” kimi tanınan işin ikinci hissəsi çərçivəsində “Qalatasaray”ın futbolçusu Metehan Baltacının öz klubunun oyunlarına mərc etdiyi aşkarlanıb.

Eyni zamanda, “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşın başqası vasitəsilə qanuni mərc oyunlarında iştirak etdiyi məlum olub.

***

İstanbul Baş Prokurorluğu futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində yeni əməliyyatlara başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" NTV-yə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının hakimlərin mərc oyunlarında iştirak etdiyini aşkarlamasından sonra başlayan istintaq çərçivəsində əməliyyatlar genişlənib.

Çoxsaylı klub idarəçisi və futbolçu barəsində saxlanılma qərarı çıxarılıb.

Qeyd edək ki, bir müddət əvvəl İstanbul şəhərinin Baş prokuroru Akın Gürlek Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı klub prezidentləri və hakimlərə qarşı əməliyyatın keçiriləcəyinin anonsunu vermişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью