Hakan Fidan sabah Fransaya səfər edəcək

01.04.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 2-də Fransaya rəsmi səfər edəcək. 


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Fidan Parisdə Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşəcək. 

Məlumata görə, nazirlər Türkiyə-Avropa İttifaqı (Aİ) əlaqələrini, Ukrayna-Rusiya müharibəsini, Yaxın Şərqi, regional və beynəlxalq hadisələri müzakirə edəcək. 

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью