Hakan Fidan sabah Yunanıstana gedir

07.11.2024

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 8-də Yunanıstana rəsmi səfər edəcək.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN yayıb.

H.Fidan səfəri çərçivəsində yunan həmkarı Yorgo Gerapetritislə danışıqlar aparacaq.

Tərəflərin iki ölkə arasında münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələləri də müzakirə edəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью