Hakan Fidan Şeybani ilə danışdı

17.10.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, söhbət zamanı ötən həftəsonu Ankarada iki ölkə rəsmiləri arasında keçirilən təhlükəsizlik mövzusundakı görüşdə müzakirə olunan məsələlərin icrası və davamı barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью