Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan sosial media hesabında paylaşım edərək, Davosda müharibəyə son qoymağı və Qəzzanın yenidən qurulmasını hədəfləyən Sülh Komissiyası Nizamnaməsinin imzalanma mərasimində Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Fidan vurğulayıb: Prezident Ərdoğanın qurucu üzvlərindən olduğu Sülh Şurası Qəzza xalqının uzun müddətdir davam edən əzablarını yüngülləşdirmək, onların humanitar ehtiyaclarını qarşılamaq və bölgədə davamlı, əhatəli sülhün təmin olunması baxımından tarixi bir fürsət yaradır.
Sülh Şurasının Qəzzanın gələcəyinin formalaşdırılması, bölgənin bərpasına güclü töhfə verilməsi və sülhün bərqərar olunması üçün Qəzza xalqı ilə çiyin-çiyinə çalışacağına inandıqlarını qeyd edən Fidan bildirib:
“Bu inamla Qəzza xalqının səsinin eşidildiyi, hüquqlarının təmin olunduğu və sülh içində yaşaya biləcəyi bir gələcəyin mümkün olduğuna dair iradəmizi nümayiş etdiririk.”
Aytən Yaşar/ Turkustan.az