Icma.az, Report.az portalına istinadən məlumat verir.
Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir.
H.Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.