Hakan Fidan: Suriyada dünən yaşananlar bizim üçün yeni ümid işığı oldu

09.12.2024

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Suriyada dünən yaşananlar bizim üçün yeni ümid işığı oldu.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan 15-ci Səfirlər Konfransının açılış mərasimində bildirib.

O qeyd edib ki, Türkiyə beynəlxalq aktorların Surirayada yeni hakimiyyətin formalaşmasına dəstək verməsini gözləyir. Onun sözlərinə görə, Ankaranın bütün səylərinə baxmayaraq Əsəd hökuməti xalqı ilə sülhə getmədi.

H. Fidan ölkəsinin bundan sonra da Suriya xalqının yannda olacağını, Suriyanın ərazi bütövlüyünü dəstəkləyəcəyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью