Hakan Fidan: Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini...

13.04.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk.

Bakıvaxtı.az xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Suriyanın yenidənqurulmasında Türkiyə ilə məsləhətləşmələr aparır.

"Cənab İlham Əliyev Türkiyə ilə Suriyanın təhlükəsizliyi, infrastrukturu və iqtisadiyyatına dəstəklə bağlı iş aparır. Azərbaycanın verdiyi
hər bir dəstək bizim üçün çox dəyərlidir. Bu məsələdə edilən təşəbbüsləri alqışlayırıq", - Fidan qeyd edib.

XİN başçısı vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında sadəcə qardaşlıq deyil, dövlət qurumları arasında peşəkar əməkdaşlıq da mövcuddur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью