Hakan Fidan Tehrana gedir: Türkiyə İran xəttində kritik görüş

29.11.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan yaxın günlərdə rəsmi səfər çərçivəsində İrana yollanacaq.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Fidan Tehranda İranın xarici işlər naziri Abbas Erakçi və ölkənin digər yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcək.

Səfərin əsas məqsədi Prezident Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkianın birgə sədrlik edəcəyi Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti toplantısına hazırlıq işlərini müzakirə etməkdir.

Kənan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью