Hakan Fidan: “Tək millət, iki dövlət” şüarı ilə münasibətlər irəliləyir

15.09.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

“Türkiyə-Azərbaycan münasibətləri sarsılmaz bağlarla bir-birinə bağlıdır”.

APA xəbər verir ki, bunu Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, “tək millət, iki dövlət” şüarı ilə bu münasibətlər irəliləyir: “Bugünkü səfərim mühüm hadisə ilə üst-üstə düşür. 108 il əvvəl Nuru Paşanın Ordusu qəhrəman bakılı qardaşları ilə Bakını işğaldan azad ediblər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью