Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb | Icma.az
Apa.az saytına istinadən Icma.az xəbər verir. Türkiyə xarici işlər naziri Hakan Fidan Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri, eyni
APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir görüşdə Suriyada əldə olunan atəşkəs prosesinin müzakirə edildiyini bildirib.
O, bu kontekstdə ABŞ nümayəndəsi Tom Barrakın Suriyada keçirdiyi görüşlərlə bağlı fikir mübadiləsi aparıldığını qeyd edib: “Bu səhər ABŞ-ın Suriya üzrə nümayəndəsi hörmətli Tom Barrakla görüşdük.
O, Dəməşqdə keçirdiyi görüşlərin detalları barədə məlumat verdi.
Həm SDQ ilə, həm də Suriya hökuməti ilə ayrı-ayrılıqda, o cümlədən üçtərəfli formatda görüşlər keçirib.
Biz Türkiyənin hər zaman konstruktiv rol oynadığını vurğuladıq. Bunu bütün tərəflər məmnuniyyətlə qarşılayırlar.
Müzakirələrimizi birgə davam etdirəcəyik”, – deyə Hakan Fidan bildirib. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu