Hakan Fidan: Trampda ciddi psixoloji pozuntu var”

27.02.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan "Əl-Cəzirə" kanalının suallarını cavablandırıb.

"Cebheinfo.az" xəbər verir ki, Hakan Fidan Qəzzada atəşkəsin sona çatması və İsrailin hücumlarının davam etdirilməsi ehtimalı ilə bağlı suala bunun yaxşı olmayacağını deyib: 

""Təbii ki, Misir, İordaniya və Körfəz ölkələri başda olmaqla  İsrailə qarşı münasibət göstərməlidirlər".

Fidan Türkiyənin ABŞ Prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və fələstinliləri zorla köçürmək planını qəbul etməyəcəyini və bu planın ciddiyə alınmaması lazım olduğunu vurğulayıb. 

Türkiyənin bu mövzuda mövqeyinin bəlli olduğunu vurğulayan Fidan, "Yəqin ki, dünyada bunu müdafiə edən iki ölkə olacaq. Biri Amerika, digəri İsrail. Bunun xaricində bütün dünya buna qarşıdır" deyib. 

Bu planı "psixoloji pozğunluq" olaraq xarakterizə edən Fidan ərəb ölkələrinin Qəzzanın yenidən qurulması, idarə olunması və təhlükəsizlik məsələləri ilə bağlı bir plan üzərində işlədiyini bildirib.

Nigar
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью