Hakan Fidan Trampın dövründə ilk dəfə Amerikaya GEDİR

24.03.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Tramp administrasiyası dövründə ABŞ-yə ilk rəsmi səfərini edəcək.

Redaktor.az xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, nazir martın 25-26-da Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək.

Görüş zamanı Türkiyə-ABŞ münasibətlərində atıla biləcək strateji addımlar müzakirə olunacaq. Bu zaman terrorla mübarizə məsələsi də gündəmdə olacaq. 

Həmçinin Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasında Türkiyə ilə ABŞ arasında əməkdaşlığın təkmilləşdirilməsi də danışılacaq. Hakan Fidan Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səylərini xatırladacaq, Türkiyənin atəşkəsə töhfə verməyə hazır olduğunu vurğulayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью