Hakan Fidan: Türk dünyası ilə bağlı manipulyasiyalar nəticə verməyəcək

24.04.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türk dünyası ilə Türkiya arasında problem yaratmaq istəyənlərin manipulyasiyaları nəticə verməyəcək.

Ölkə.Az xəbər verir ki, belə bir bəyanatla Türkiyə xarici işlər naziri Hakan Fidan çıxış edib.

Mərkəzi Asiya ölkələrinin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı qərarından sonra yaranmış durumu şərh edən Hakan Fidan bildirib ki, Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək:

“Biz bu məsələ ilə bağlı siyasətimizi səbirlə davam etdirəcəyik. Türk dünyasının idealı həmişə var olacaq. Türk dünyası ilə aramızda problem yaratmaq istəyənlərin manipulyasiyaları nəticə verməyəcək”.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью