Hakan Fidan: Türkiyə Rusiya Ukrayna müharibəsinin tezliklə sona çatmasını arzulayır

26.02.2025

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Rəsmi Ankara Rusiya-Ukrayna müharibəsinin tezliklə sona çatmasını arzu edir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı ilə keçirdiyi birgə brifinqdə deyib.

H.Fidan deyib ki, Türkiyə müharibənin ilk günlərindən sülh naminə atılan addımları dəstəkləyir:

"Bu gün yenə də eyni mövqedəyik. Prezident Ərdoğanın da dediyi kimi, Türkiyə bu istiqamətdə gələcəkdəki görüşlərə ev sahibliyi etmək də daxil olmaqla sülh səylərinə lazımi dəstəyi verməyə hazırdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью