Hakan Fidan: Türkiyə və Misir Qəzzada daha ciddi tədbirlərin görülməsi barədə razılaşıb

14.08.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə və Misir Qəzza ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün daha ciddi tədbirlərin görülməsinin vacibliyi barədə razılığa gəlib.

Anadolu Agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin xarici işlər naziri Bedr Abdulati ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Fidan Türkiyə ilə Misirin Qəzzadakı vəziyyətlə bağlı mövqelərinin böyük ölçüdə üst-üstə düşdüyünü qeyd edib. Onun sözlərinə görə, tərəflər Qəzzada vəziyyətin yaxşılaşdırılması istiqamətində daha ciddi addımların atılması məsələsində razılığa gəliblər.

Görüşdə regional məsələlər, o cümlədən Sudanla bağlı vəziyyət də müzakirə olunub. Fidan Türkiyə və Misirin Sudan məsələsinin həlli üçün səylər göstərdiyini bildirib.

Türkiyənin xarici işlər naziri həmçinin Misirlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin Ankara üçün əhəmiyyət daşıdığını vurğulayıb.

Fidanın Misirə səfəri çərçivəsində Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci toplantısı da keçirilib. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

N.Adilqızı

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью