Hakan Fidan: Ukraynada sülhə bir il ərzində nail olmaq mümkündür

30.05.2025

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynada sülh nizamlanmasına bir il ərzində nail olmaq mümkündür.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.

"Biz ya bu müharibənin davam etməsinə imkan verəcəyik, ya da bu il ərzində davamlı sülhə nail olacağıq", - o qeyd edib.

XİN başçısının sözlərinə görə, Türkiyə iyunun 2-də İstanbulda aparılacaq danışıqlarla bağlı Ukrayna ilə məsləhətləşmələr aparır. Ankara danışıqlarda əldə edilmiş impulsu inkişaf etdirmək istəyir:

"Biz Ukraynadakı müharibədə kritik nöqtəyə yaxınlaşırıq. Mayın 16-da İstanbulda aparılan danışıqlar Ukraynada diplomatik nizamlanmanın yeni başlanğıcı oldu. Biz İstanbulda əldə edilmiş impulsu, dinamikanı qorumaq istəyirik və danışıqların yeni raunduna ev sahibliyi etməyə hazırıq".

///report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью