Hakan Fidan: Ukraynaya səfərimiz çox məhsuldar keçdi

17.07.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfərinin məhsuldar keçdiyini bildirib və Prezident Vladimir Zelenskinin ona təqdim etdiyi medalı qəbul etməkdən şərəf duyduğunu qeyd edib.

Turkustan.az xəbər verir ki, Fidan sosial media hesabında paylaşdığı açıqlamada bildirib: "Ölkələrimiz arasında strateji tərəfdaşlığın hər gün daha da möhkəmləndiyi bir dövrdə Ukraynaya çox məhsuldar səfərimiz oldu."

Nazir göstərilən qonaqpərvərliyə görə Ukrayna rəsmilərinə, xüsusilə xarici işlər naziri Andriy Sıbihaya təşəkkür edib.

Fidan qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski, Prezident Administrasiyasının rəhbəri Andriy Yermak və xarici işlər naziri Andriy Sıbihla keçirdiyi görüşlərdə Türkiyə-Ukrayna münasibətləri, həmçinin Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət ətraflı müzakirə olunub.

Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью