Hakan Fidan və Yaşar Gülər sabah Pakistana səfər edəcək

08.07.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər iyulun 9-da Pakistana rəsmi səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə nümayəndə heyəti burada Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcək.

Qeyd olunub ki, bundan əlavə Hakan Fidan və Yaşar Gülər Pakistanın xarici işlər naziri İshaq Dar və Baş Qərargah rəisi Asim Munir ilə də görüş keçirəcək.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью