Hakan Fidan Yaxın Şərq ölkələrinə səfər edəcək

17.03.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ–İsrail–İran münaqişəsinin dayandırılması məqsədilə region ölkələrinə səfər edəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, nazir İsrailin İranın siyasi liderlərini hədəf almasını beynəlxalq humanitar hüquqa zidd kimi qiymətləndirib.

O, bu addımı suiqəsd kimi dəyərləndirərək, İsrailin bu siyasətdən çəkindirilməsinin vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, planlaşdırılan səfərlər çərçivəsində müharibənin tezliklə dayandırılması üçün region ölkələri ilə əməkdaşlığın gücləndirilməsi və birgə səylərin artırılması müzakirə olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью