Hakan Fidan: Yaxın Şərqin militarizasiyası nüvə müharibəsi təhlükəsi yaradır

30.11.2024

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın Şərq və Asiya-Sakit okean regionunda sürətli militarizasiya dünyada nüvə müharibəsi təhlükəsinə gətirib çıxara bilər.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən “TRT World” forumunda bildirib.

Onun fikrincə, hazırkı dünya nizamı əleyhinə mübarizə aparılmalı olan siyasi, hərbi, iqtisadi və ekoloji təhlükələr yaradır.

“Artan qütbləşmə ölkələri yeni müttəfiqlər axtarmağa sövq edir ki, bu da qlobal təhlükəsizlik arxitekturasının zəifləməsinə gətirib çıxarır. Yaxın Şərq və Asiya-Sakit okean regionunda sürətli militarizasiya dünyanı uçurumun kənarına gətirə və nüvə münaqişəsi təhlükəsi yarada bilər”, - o deyib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью