Hakan Fidan: YPG PKKnın davamıdır

19.12.2024

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin XİN rəhbəri Hakan Fidan bildirib ki, YPG PKK-nın davamıdır.

“YPG Suriyadakı ərazilərə nəzarətini saxlayıb, özünü İŞİD-lə mübarizədə Qərbin köməkçiləri kimi təqdim edib. Düşünürəm ki, bu, onların əsl mahiyyətinin təhrifidir. YPG-nin Suriyadakı varlığı terror təşkilatı qismindədir... Təəssüflər olsun ki, qərbli dostlarımız YPG-nin PKK-nın ardıcılı olmasına göz yumurlar”, deyə Fidan Qətərin Əl-Cəzirə telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Ankara Vaşinqtonu onun əsas döyüş komponenti YPG olan SDF-yə (Suriya Demokratik Qüvvələri) hərbi dəstəyi dayandırmağa çağırmaqda davam edir.

Türkiyəli nazir qeyd edib ki, Suriyada yeni hökumət ölkədəki kürdlərlə problemi həll etməlidir. “... əgər onlar bu məsələ ilə düzgün məşğul olsalar, o zaman bizim qarışmağa heç bir əsasımız olmayacaq”, deyə o əlavə edib.

Ülviyyə, Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью