Hakan Fidan Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

09.11.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.


Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Missiya.Az xəbər verir ki, o, bu barədə "X"də hesabında yazıb.

"Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü böyük sevinc və qürurla, ürəkdən təbrik edirəm. Qarabağı öz yurduna qovuşduran azərbaycanlı qardaşlarımızın Zəfər coşqusunu paylaşır, azadlıq mübarizəsində canlarını fəda edən şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi hörmətlə yad edirəm", - nazir bildirib.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью