Hakan Fidandan ÖNƏMLİ AÇIQLAMA: “Atəşkəs olarsa…” KONKRET

10.05.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Atəşkəs olarsa, nəzarət missiyasını üzərimizə götürməyə hazırıq”

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Ukrayna üzrə İstəkli Koalisiyası”nın onlayn formatda keçirilən toplantısında çıxışı zamanı bildirib.

Nazir çıxışında Ankaranın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha vurğulayıb. Fidan qeyd edib ki, Türkiyə Rusiyayla Ukrayna arasında qeyd-şərtsiz atəşkəsin əldə edilməsini və bu istiqamətdə səyləri dəstəkləyir.

Onun sözlərinə görə, əgər tərəflər arasında atəşkəs əldə olunarsa, Türkiyə bu rejimin monitorinqi ilə bağlı üzərinə məsuliyyət götürməyə tam hazırdır.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью