Hakan Fidandan Trampa təpki: “Qəbuledilməzdir”

05.02.2025

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəzza zolağında yaşayan fələstinlilərin köçürülməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın fikri qəbuledilməzdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

“Bu, qəbuledilməzdir, Fələstin məsələsi məhz bu səbəbdən başlayıb. Yəni fələstinlilərin öz torpaqlarından çıxarılıb israillilərin gətirilməsi ilə başlayıb. Trampın müəyyən öhdəliklər götürməkdə tərəddüd etdiyini görürük. Bu, nə bizim, nə də regionun qəbul edə biləcəyi bir vəziyyətdir. Bu barədə düşünmək belə vaxt itkisidir. Bunu müzakirəyə açmaq belə düzgün deyil”, - Fidan vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью