Hakan Fidanı zəhərləyiblər

10.05.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ona qarşı sui-qəsd edildiyini ilk dəfə açıqlayıb.

"Unikal" xəbər verir ki, nazir bu barədə 24 TV-nin canlı efirində danışıb.

"4-5 il əvvəl mənə sui-qəsd olub. Mənə böyük dozada arsen və civə vurulub və bu, sonradan testlərdə özünü göstərdi", - deyə Fidan bildirib.

Bunu kimin etdiyi barədə məlumatın olub-olmaması ilə bağlı suala nazir belə cavab verib: "Gəlin təfərrüata varmayaq. Düşmən təkcə ölkə daxilində deyil, hər yerdə düşmən var".

Xatırladaq ki, o zaman Hakan Fidan Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri vəzifəsini tuturdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью