Hakan Fidanla Əraqçi telefonla danışdılar

08.05.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə və İranın xarici işlər nazirləri Hakan Fidan və Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, danışıqlar zamanı tərəflər Yaxın Şərqdə cərəyan edən son hadisələri müzakirə edib və regiondakı cari vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, saziş bağlamaq üçün Tehrana təzyiqləri artıran rəsmi Vaşinqton İran limanlarının və Hörmüz boğazının blokadaya alındığını elan edib. İran tərəfi isə buna cavab olaraq boğazın Fars körfəzi ölkələrinə gedən gəmilər üçün tamamilə bağlandığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью