Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Fənərbaxça”da prezidentliyə namizəd Hakan Safi transferlə bağlı diqqətçəkən açıqlama verib.
Apasport.az xəbər verir ki, Safi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən Merih Demiralla anlaşdıqlarını bildirib.
O, müdafiəçi ilə layihəsi barədə danışdığını və futbolçudan müsbət cavab aldığını söyləyib:
“İlk transferimizi açıqlayırıq, davamı da gələcək. Merih Demirala təşəkkür edirəm. Planlarımı onunla bölüşdükdən sonra mənə ‘Səninlə hər yerdə olaram, başqanım’ dedi. Onun çempionluq yarışında kapitanlıq və böyük xarakter göstərəcəyinə əminəm”, - deyə Hakan Safi bildirib.
Bu açıqlamadan sonra Merih Demiralın klubu “Əl-Əhli”dən də diqqətçəkən paylaşım gəlib. Səudiyyə Ərəbistanı təmsilçisi futbolçunun fotosunu paylaşaraq “Demiral əvvəldən sona qədər Əl-Əhlilidir” ifadəsini işlədib.
Qeyd edək ki, Merih Demiralın “Əl-Əhli” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Rikelmedən Vinisius planı – Prezident seçilsə, braziliyalını satacaq “Qalatasaray” Bernardo Silva transferindən imtina etdi Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında