Icma.az, Apasport portalına istinadən məlumat verir.
“Fənərbaxça”da prezident seçkilərində Aziz Yıldırıma məğlub olan namizədi Hakan Safi açıqlama yayıb.
Apasport.az xəbər verir ki, Safi seçkinin klub adına xeyirli olmasını arzuladığını bildirib.
O, proses boyunca ona güvənən, dəstək verən və fikirlərini paylaşan hər kəsə təşəkkür edib.
Hakan Safi yalnız seçki kampaniyası aparmadıqlarını, “Fənərbaxça”nın gələcəyi ilə bağlı layihələrini, hədəflərini və inamlarını paylaşdıqlarını vurğulayıb.
O, seçkilərdə az səs toplamadıqlarını xatırladıb:
“Aldığımız 10 minə yaxın səsin məsuliyyətinin fərqindəyik”.
Safi açıqlamasının sonunda “Fənərbaxça”nın şəxslərdən və vəzifələrdən üstün olduğunu qeyd edib:
“Bu böyük camiənin bir fərdi olmaqdan hər zaman qürur duydum, duymağa da davam edəcəyəm. Çünki Fənərbaxça nəticələrdən daha böyük dəyərdir”.
Qeyd edək ki, “Fənərbaxça”da keçirilən prezident seçkilərində Aziz Yıldırım 17 245 səslə qalib gəlib. Hakan Safi isə 9 927 səs toplayıb.
Popoviç Türkiyəni hədələdi - “Zəif yerlərini tapmışam” Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən” “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro Klopp DÇ oyununu bəyənmədi - “Yardım matçına oxşayırdı ”