Hakan Taşıyan infarkt keçirdi

28.01.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin məşhur müğənnisi, arabesk musiqilərində güclü səs hesab olunan Hakan Taşıyan infarkt keçirib. 

“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, 52 yaşlı sənətçi Ankarada xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hakan Taşıyanın vəziyyətini öyrəndikdən sonra bütün lazımi dəstəyin göstərilməsi tapşırığını verib. 
Hazırda vəziyyəti ağır olan müğənniyə həkimlər anju edib-etməməkdə tərəddüdlüdürlər. Buna səbəb sənətçinin illər əvvəl böyrək və qaraciyər nəqli əməliyyatı keçirməsidir. 

Qeyd edək ki, Taşıyan bir neçə ay əvvəl Rəcəb Tayyib Ərdoğan səfərdən qayıdarkən onu Esenboğa Hava Limanında qarşılayanlar arasında olub. Həmin vaxt onlar söhbətləşiblər.  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью