Hakerlər “Air France”ın müştəri məlumatlarını oğurlayıb

08.08.2025

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

“Air France” və KLM hava yolları şirkətləri müştərilər xidmət üçün nəzərdə tutulan platformalarının kiberhücuma məruz qaldığını və nəticədə virtual dələduzların naməlum sayda müştərinin məlumatlarına çıxış əldə etdiklərini bəyan ediblər.

Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Hər iki aviaşirkət vurğulayıb ki, hadisə aşkarlandıqdan dərhal sonra hakerlərin hücuma məruz qalmış sistemlərə çıxışını məhdudlaşdırmaq üçün tədbirlər görülüb. Aviaşirkətlərin daxili şəbəkələrinin kiberhücumdan zərər görmədiyi qeyd olunur.

Aviaşirkətlərin nümayəndələri müştərilərin maliyyə və şəxsi məlumatlarının təhlükəsizlikdə olduğunu təsdiqləyiblər. Aviaşirkətlər həmçinin, hadisə barədə öz ölkələrinin müvafiq qurumlarını məlumatlandırıb və hazırda məlumatları oğurlanmış müştəriləri bu barədə xəbərdar ediblər.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью