Hakerlər Azərbaycanda universitetin saytını ələ keçirdilər

10.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi saytına haker hücumu olub. 

Oxu.Az-ın məlumatına görə, UNEC-in internet resursu hakerlər tərəfindən ələ keçirilib. 

Hadisənin təfərrüatı hələ açıqlanmasa da, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Oxu.Az-a bildirilib ki, hazırda saytın geri qaytarılması istiqamətində texniki işlər aparılır. 

"İmtahanın vaxtı tələbələrə öncədən göndərilib və bilirlər. Problem yaranarsa, şərait yaradılacaq", - deyə məlumatda qeyd edilib.

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью