Hakerlər bankları hədəf alıb

13.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İtaliyada bəzi bank və qurumlara kiberhücum edilib. 

"Cebheinfo.az" bu barədə İtaliyanın ANSA agentliyinin xəbərinə istinad edir. 

Məlumatda  "Intesa" və "Monte Paschi" də daxil olmaqla bəzi bankların, həmçinin "Taranto" və "Trieste" limanlarının, bəzi özəl təşkilatların internet saytlarının Rusiya tərəfdarı  olan "NoName057" adlı qrup tərəfindən kiberhücuma məruz qaldığı bildirilib. Xəbərdə Milli Kibertəhlükəsizlik Agentliyinin kiberhücumlara məruz qalan qurumları dəstəklədiyi və sözügedən saytların funksional olması üçün çalışdığı qeyd edilib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью