Hakerlər bir milyon rusiyalını Wi Fi sız qoydular

25.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İnternetdə "Keenetic" modemlərinin işində zəifliklərlə bağlı irimiqyaslı məlumat sızması aşkar edilib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, hakerlər cihazın mobil əlavəsini sındıra bilib və bu, hələ 2023-cü ildə baş verib.

Təhdidlər əsasən Rusiyadan olan istifadəçilərə təsir edib, təxminən 944 min nəfər "Wi-Fi"sız qalıb. Sonrakı yerdə türkiyəli modem sahibləri (48 min), üçüncü yerdə isə ingilisdilli istifadəçilər (39 min nəfər) yer alıblar.

"Keenetic" nümayəndələri hücumu etiraf edib, lakin ödəniş və digər vacib məlumatların təhlükəsiz olaraq qalacağını bildiriblər. Belə ki, modem belə məlumatları saxlamır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью