Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar PARALEL İXRACIN FƏSADI

04.11.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyada “Li Auto” sahibləri kütləvi haker hücumları ilə üzləşiblər. 

Avtosfer.az xəbər verir ki, onlar avtomobilin idarəetmə sistemini məsafədən ələ keçirirlər. Hakerlər ya kondisioneri işə salır, ya ekranı söndürür, ya da maşının ümumiyyətlə işə salınmasına mane olurlar. Bundan sonra isə avtomobil sahibi ilə əlaqə yaradaraq bloklanmanı götürmək üçün haqq tələb edirlər. 

Ən ciddi problem Çin mobil operatorlarının nömrələri quraşdırılmış avtomobillərdə müşahidə edilir. Bu nömrələr Çindən qeyri-rəsmi formada gətirilmiş avtomobillərdə olur.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью