Hakerlər epoçt vasitəsilə beysbol ulduzunun Lamborghinisini oğurladı

20.11.2024

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hakerlər e-poçt vasitəsilə beysbol ulduzunun "Lamborghini"sini oğurladı

ABŞ-da hakerlər məşhur beysbolçu Kris Brayantın elektron poçtuna daxil olaraq onun "Lamborghini Huracan" idman avtomobilini oğurlayıblar.

Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə "Carscoops" məlumat yayıb.

"Colorado Rockies"də oynayan Brayant "Lamborghini"ni Nevada ştatının Las-Veqas şəhərinə aparmaq üçün nəqliyyat şirkətində qeydiyyatdan keçsə də, avtomobil təyinat yerinə çatmayıb.

Araşdırma zamanı polis müəyyən edib ki, logistika şirkətinin korporativ elektron poçtu hakerlər tərəfindən sındırılıb.

Hücum edənlər maşını Las-Veqasda başqa istiqamətə yönləndirə biliblər.

Nəhayət, təhlükəsizlik kameralarının görüntüləri araşdırıldıqdan sonra avtomobilin yeri müəyyən edilib.

Onu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Polis idmançının "Lamborghini" markalı avtomobilinin oğurlanması ilə bağlı araşdırma zamanı daha iki oğurlanmış avtomobil, habelə saxta qeydiyyat sənədləri aşkar ediblər.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью