Hakerlər oflayn kriptovalyuta cüzdanlarından 86 milyonluq bitloin oğurladı

03.08.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Hakerlər “Coldcard” kriptovalyuta cüzdanlarına hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” “Galaxy Research”in məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, 4500-dən çox cüzdan haker hücumuna məruz qalıb və artıq təxminən 86 milyon dollar dəyərində bitkoin oğurlanıb.
“Coldcard”ın təchizatçısı olan Kanada şirkəti “Coinkite” ötən həftənin sonlarında istifadəçilərə bəzi cüzdanların ələ keçirilməsi barədə məlumat verib.
“Twitter”in həmtəsisçisi Cek Dorsinin rəhbərlik etdiyi fintech şirkəti olan “Block Inc.”in mühəndislərinin sözlərinə görə, “Coldcard”dakı zəiflik, cüzdana daxil olmaq üçün istifadə edilən uzun söz ardıcıllığının proqnozlaşdırıla bilməsinə səbəb olub.
Onlar hesab edirlər ki, problem “Coinkite”in bu ifadələri yaratmaq üçün istifadə etdiyi təsadüfi ədəd generatorunu necə tətbiq etməsi səbəbindən yaranıb. Xüsusilə, cüzdanın mexanizmlərindən biri cihazın seriya nömrəsi kimi əvvəlcədən təyin edilmiş dəyərlərdən istifadə edərək açarlar yaradıb.
“Coinkite” artıq problemi həll etmək üçün proqram təminatı yeniləməsini yayımlayıb.
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью