Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu barədə "Bild" nəşrinə alman araşdırmaçı jurnalist Lars Vinkelstorf məlumat verib.
Şəhər administrasiyasının dəftərxanası avqustun 17-də Senatın şəbəkəsinin ələ keçirildiyini və hökumət orqanlarının araşdırmaya başladığını açıqlayıb.
Daha sonra RBB teleradio şirkəti "Rhysida" haker qrupunun Berlin hökumətinin 2 milyon avro girov ödəməkdən imtina etməsindən sonra Senatdan oğurlanmış təxminən 1.4 milyon faylı "darknet"də yayımladığını bildirib.
"Şəbəkədə təkcə əyalət kriminal polisinin araşdırmaları ilə bağlı sənədlər deyil, həm də müharibə şəraitində fəaliyyət planları, hətta Almaniya hökumətinin dünyanın sonuna hesablanmış məxfi rabitə kanalları da yayımlanıb", - Vinkelstorf deyib.
Bundan əlavə, Almaniya hökumət orqanlarının kimyəvi, bioloji, radioloji və nüvə təhdidləri ilə bağlı olduğu ehtimal edilən qovluq da ictimaiyyətə açıqlanıb.
Qəzetin məlumatına görə, paytaxt idarələrinin əməkdaşlarının şəxsi məlumatları, o cümlədən doğum haqqında şəhadətnamələri, telefon nömrələri və ev ünvanları da internetə sızdırılıb. Bundan başqa, hakerlər "darknet"də tikinti çertyojlarını və müxtəlif fövqəladə hallar zamanı istifadə üçün təlimatları yerləşdiriblər.