Hakim: Azərbaycanda aldığım qızıl döş nişanı mənə və gürcü xalqına verilən böyük mükafat idi

03.06.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 3 iyun, AZƏRTAC

“Mən dəfələrlə Bakıda güləş üzrə beynəlxalq idman yarışlarını idarə etmişəm. O cümlədən güləş üzrə “Prezident Kuboku”nu da idarə etmək şərəfinə nail olmuşam. Azərbaycan dövləti, xüsusən də Prezidenti İlham Əliyev mənim əməyimi, fəaliyyətimi çox yüksək qiymətləndirib”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin idman komitəsinin aparat rəhbəri, güləş üzrə beynəlxalq dərəcəli hakim Edişer Maçaidze söyləyib.

İdman ustası deyib: “Azərbaycanda idmana dövlət səviyyəsində çox böyük diqqət yetirilir. Artıq Azərbaycan beynəlxalq turnirlərin keçirilməsi üçrə əsl mərkəzə çevrilib. Mən də çox şadam ki, bu cür beynəlxalq yarışların idarə olunmasında iştirak etmişəm. İdman sahəsində, xüsusən də hakimlik fəaliyyətim dövründə aldığım ən böyük və ən dəyərli mükafatı da Azərbaycanda almışam. Azərbaycan Prezidenti İham Əliyev məni dünya şöhrətli siyasi xadim, gürcü xalqının yaxın dostu Heydər Əliyevim imzası olan xüsusi döş nişanı ilə təltif etdi. Həmin vaxt Prezident İlham Əliyev mənə çox maraqlı sözlər dedi və mən başa düşdüm ki, bu qızıl döş nişanı təkcə mənim hakimlik fəaliyytimə deyil, gürcü xalqına verilən böyük mükafatdır. Mən bununla fəxr edirəm və hər zaman da bunu qürur hissi ilə xatırlayıram”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью