Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şərur rayonu, Həmzəli kənd sakini şəhid Əliyev Fikrət Rüstəm oğlunun qardaşı İbrahimov Azad Rüstəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir: "Cənab Prezident!
Mən, polis şəhidi Əliyev Fikrət Rüstəm oğlunun qardaşı İbrahimov Azad Rüstəm oğlu (soyadımı dəyişmişəm), yazaraq Sizdən xahiş edirəm ki, problemimlə bağlı göstəriş verəsiniz.
Bildirim ki, keçmiş korrupsuoner, dələduz hakim Nəbiyev Lətif Ədil oglu mənim milyonlarla pulumu mənimsəyib. O, mənə qarşı dələduzluq edib.
29.04.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsi mülki iddiamı qismən təmin etdi, yəni mənə 214 258 manat ödənilməsi haqda qərar qəbul etdi.
Amma bu günə kimi məhkəmə qərarı icra olunmur. Dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etmişəm. Lakin səs-soraq yoxdur.
Baş idarədə qəbula yazılmaq istəmişəm, yazmayıblar. Dələduzluq edən şəxs keçmiş hakim olduğu üçün, görünür, hələ də sözünün qüvvəsi var.